Nikoil Bank sahibkarlar üçün yeni kredit məhsulunu təqdim etdi

Nikoil Bank sahibkarlar üçün yeni kredit məhsulunu təqdim etdi

26 İyul 2019

Nikoil Bank sahibkarlar üçün yeni, bir neçə özəlliyi ilə fərqlənən Mikro kredit məhsulunu təqdim etdi. Bu məhsulun əsas özəlliyi odur ki, müştəri kredit faizini özü müəyyən edir, hətta bu faizi sıfra qədər endirmək imkanını əldə edir. Belə ki, müştəri kredit götürdüyü zaman dost-sahibkarları cəlb edərək hər dosta görə illik 25%-dan 1% endirim qazanır. Dost sayına görə illik faiz dərəcəsini 0 qədər endirmək imkanını əldə edir.

Digər özəllik odur ki, kredit zaminsiz, komissiyasız, sığortasız təqdim olunur. Kreditin məbləği 500–30 000 AZN təşkil edir və 36 aya qədər verilir. Kredit aylıq, azalan qrafiklə qaytarılır.