NBCBank-ın Babək Filialı yenilənmiş dizaynda

NBCBank-ın Babək Filialı yenilənmiş dizaynda

11 Dekabr 2019

NBCBankın müasir dizaynda əsaslı təmir olunmuş “Babək” filialının açılışı olub. Açılış mərasimində Bankın Müşahidə Şurasının Sədri, İdarə Heyətinin üzvləri, departament direktorları iştirak etmişdilər. Bu 2019-cu ildə yeni konseptdə təmir olunmuş sayca üçüncü filialdır. Geniş bank xidmətlərinin təklif olunduğu filialın fəaliyyətində bir sıra yeniliklər tətbiq olunub. Bundan başqa filialda müştərilərə kassa hesablaşma əməliyyatları, plastik kartların sifarişi, kredit və depozit əməliyyatları, kommunal ödənişlər daxil olmaqla, bütün bank xidmətləri göstərilir.
Qeyd edək ki, NBCBankın “Babək” Filialı Babək pr., 2199 ünvanında yerləşir.