Mərkəzi Bank 100 milyon manat cəlb edib

Mərkəzi Bank 100 milyon manat cəlb edib

11 Mart 2020
Azərbaycan Mərkəzi Bankı (AMB) vəsaitlərin cəlb edilməsi üzrə depozit hərracının nəticələrini açıqlayıb. AMB-dən Money-ə bildirilib ki, martın 11-də Mərkəzi Bank tərəfindən 28 gün müddətinə vəsaitlərin cəlb edilməsi üzrə keçirilmiş depozit hərracında tələb 313 milyon manat, hərracın nəticəsində bağlanılmış depozit əqdləri üzrə orta ölçülmüş faiz dərəcəsi isə 5,51 faiz təşkil edib.