Kapital Bank 2019-cu ilin III rübünün nəticələrini elan edib

Kapital Bank 2019-cu ilin III rübünün nəticələrini elan edib

16 Oktyabr 2019

Kapital Bank-ın aktivləri 1 oktyabr 2019-cu il tarixinə 4 milyard manat təşkil edib. Müştərilərə verilən kreditlərin həcmi isə 1,7 milyard manat olub.

Bankda müştəri depozitlərinin həcmi 1 oktyabr 2019-cu il tarixinə 3,2 milyard manat olub.

Bankın 1 oktyabr 2019-cu il tarixinə tutulmalardan sonra məcmu kapitalı 357 milyon manat, adi və imtiyazlı səhmlər isə 225 milyon manat təşkil edir.

Qeyd edək ki, Kapital Bank Moody's və Standard & Poor's beynəlxalq reytinq agentliklərinin reytinqlərinə malikdir. Bu reytinqlər ölkənin bank sektorunda yüksək reytinqlər sırasındadır.

Azərbaycanda ən böyük filial şəbəkəsinə malik olan Kapital Bank, 100 filialı və 13 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.