Kreditlər
Plastik kartlar
Depozitlər
Pul köçürmələri
Xəbərlər
Vakansiyalar
Banklar
Valyuta
Əlaqə
Xəbərlər
Bank və maliyyə xəbərləri
27 il Sizinlə
17 dekabr 1992-ci il tarixində yaradılan “NBCBank” ASC-nin bu gün 27 yaşı tamam olur. Yarandığı gündən əsas hədəfi müştəri məmnuniyyəti olan "NBCBank" ASC–nin missiyası - müştərilərlə uzunmüddətli əlaqələr yaratmaq, kiçik və orta sahibkarlığın inkişafına kömək göstərmək, əhalinin ehtiyaclarının ödənilməsinə töhfə vermək, keyfiyyətli bank məhsulları və xidmətləri ilə təmin etmək və insan resurslarını qorumaqdır. 27 il ərzində bank müxtəlif sosial yönümlü layihələrə sponsorluq edib və bir çox mükafatlara layiq görülüb.
30 Dekabr 2019
NBCBank-ın Babək Filialı yenilənmiş dizaynda
NBCBankın müasir dizaynda əsaslı təmir olunmuş “Babək” filialının açılışı olub. Açılış mərasimində Bankın Müşahidə Şurasının Sədri, İdarə Heyətinin üzvləri, departament direktorları iştirak etmişdilər. Bu 2019-cu ildə yeni konseptdə təmir olunmuş sayca üçüncü filialdır. Geniş bank xidmətlərinin təklif olunduğu filialın fəaliyyətində bir sıra yeniliklər tətbiq olunub. Bundan başqa filialda müştərilərə kassa hesablaşma...
11 Dekabr 2019
NBCBank-da qanvermə aksiyası keçirildi
“NBCBank” növbəti sosial korporativ layihəni dəstəklədi. 1 dekabr Ümumdünya QİÇS-lə mübarizə günü ərəfəsində “NBCBank”ın rəhbər və işçi heyətindən ibarət kollektivi könüllü olaraq qanvermə aksiyasına qoşulmuşdur. Elmi-Tədqiqat Hemotologiya və Transfiziologiya İnstitutunun Mərkəzi Qan Bankı tərəfindən “NBCBank”ın baş ofisinə ezam olunmuş xüsusi tibb briqadasının həkim-hemotoloqları tərəfindən,...
29 Noyabr 2019
NBC BANK İstirahət günləri də xidmətinizdədir
NBCBank-ın "1 Saylı" Filialı həftənin Şənbə və Bazar günləri saat 10:00-17:00-dək sizə xidmət göstərəcək. İstirahət günlərində sizə təqdim ediləcək xidmətlər: - valyuta mübadiləsi; - hesablaşma-kassa əməliyyatları; - müvafiq arayışların əldə edilməsi; - hesabların açılması; - təcili pul köçürmələri; - kommunal ödənişləri; - kredit ödənişləri; - plastik kartlarla bağlı əməliyyatlar və s.
18 Oktyabr 2019
NBCBank Qurban Bayramı günlərində də sizin xidmətinizdə
“NBCBank” olaraq Xalqımızı Qurban Bayramı münasibəti ilə ürəkdən təbrik edirik və hər birinizə bol ruzi-bərəkət arzulayırıq. Bankımız bayram günlərində də müştərilərinə xidmət göstərməkdə davam edəcək: - 12-13 Avqust tarixlərində saat 10:00-17:00 NBCBankın 1 Saylı Filialı (Bakı şəhəri, Füzuli küçəsi 73); - 13 Avqust tarixində saat 10:00-15:00 NBCBankın Lənkəran və Şəki filialları fəaliyyət göstərəcək. Müştərilər qeyd olunan...
09 Avqust 2019
MaxiCard
Taksit və Depozit kartınız ikisi bir arada. Hissə-hissə ödənişlər 6 aylıq və 12 aylıq olmaqla ayda cəmi 1% komissiya xidmət haqqı tutulur (6 ay üçün 6%, 12 ay üçün 12%). Depozit hissəsi illik 3% təşkil edir. Bundan başqa partnyor olan şəbəkələrdən müxtəlif endirimlər və cash-back qazanın (https://www.nbcbank.az/maxiclub/partnyorlar/).
24 İyul 2019
Cəmi 10 manatdan başlayan qiymətlərlə bankda şəxsi seyf!
Dəyərli əşyalarınızı güvənli yerdə saxlamaq istəyirsinizsə, O zaman tam əminliklə ən etibarlı yer NBCBankın depozit qutularıdır. Aylıq cəmi 10 manatdan başlayan qiymətlərlə şəxsi seyfinizə sahib ola bilərsiniz.
24 İyul 2019
HƏDİYYƏLİ və SIĞORTALI Əmanət
"NBCBank" ASC sizi düşünərək HƏDİYYƏLİ və SIĞORTALI Əmanəti təqdim edir. Bildirmək istərdik ki, “NBCBank” Əmanətlərin Sığortalanması Fondunun üzvüdür və bütün əmanətlər Fond tərəfindən sığortalanır.
08 İyul 2019
Cəmi 10 manatdan başlayan qiymətlərlə bankda şəxsi seyf!
Dəyərli əşyalarınızı güvənli yerdə saxlamaq istəyirsinizsə, O zaman tam əminliklə ən etibarlı yer NBCBankın depozit qutularıdır. Aylıq cəmi 10 manatdan başlayan qiymətlərlə şəxsi seyfinizə sahib ola bilərsiniz!
28 İyun 2019