27 il Sizinlə

27 il Sizinlə

30 Dekabr 2019

17 dekabr 1992-ci il tarixində yaradılan “NBCBank” ASC-nin bu gün 27 yaşı tamam olur. Yarandığı gündən əsas hədəfi müştəri məmnuniyyəti olan "NBCBank" ASC–nin missiyası - müştərilərlə uzunmüddətli əlaqələr yaratmaq, kiçik və orta sahibkarlığın inkişafına kömək göstərmək, əhalinin ehtiyaclarının ödənilməsinə töhfə vermək, keyfiyyətli bank məhsulları və xidmətləri ilə təmin etmək və insan resurslarını qorumaqdır. 27 il ərzində bank müxtəlif sosial yönümlü layihələrə sponsorluq edib və bir çox mükafatlara layiq görülüb.

Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondunun, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin, Aqrar Kredit və İnkişaf Agentliyinin üzvü olaraq “NBCBank” ölkədə biznesin inkişafına öz dəstəyini göstərməkdə davam edir. Bankımız 2007-ci ildən etibarən Əmanətlərin Sığortalanması Fondunun üzvüdür.

Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev tərəfindən 28 fevral 2019-cu il tarixində imzalanmış “Azərbaycan Respiblikasında fiziki şəxslərin problemli kreditlərin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Fərmanın icrası da “NBCBank” tərəfindən uğurla yerinə yetirilir.

Dinamik inkişaf edən bank tendensiyalarını izləyərək, “NBCBank” ənənəvi bankçılıqla yanaşı müştərilərinə rəqəmsal bank xidmətlərini də təqdim edir, eyni zamanda mütəmadı olaraq kart müştəriləri üçün müxtəlif stimullaşdırıcı kampaniyalar keçirir. Artıq yeni növ təmassız kartlar və ən son mobil bankinq xidməti də müştərilərin istifadəsinə verilmişdir.

“NBCBank” fəaliyyətinin 27-ci il dönümü münasibəti ilə bütün müştərilərini, tərəfdaşlarını və əməkdaşlarını təbrik edir, onlara əməkdaşlıq üçün təşəkkürünü bildirir və yeni uğurlar arzulayır.