Risklərin idarə edilməsi departamentinin Kredit risklərinin idarə edilməsi şöbəsinə kiçik mütəxəssis, mütəxəssis və aparıcı mütəxəssis

- AZN Kapital Bank
Şəhər: Bakı Yaş: 0 - 0 yaş Təhsil: Ali İş təcrübəsi: 1 ildən 3 ilə qədər Elanın tarixi: 23 İyul 2019 Əlaqədar şəxs:
Telefon: E-mail: recruitment@kapitalbank.az
İş barədə məlumat

Ümumi məlumat

Kapital Bank namizədləri Risklərin İdarə Edilməsi Departamentinin Kredit Risklərinin İdarə Edilməsi şöbəsində kiçik mütəxəssis, mütəxəssis və aparıcı mütəxəssis vəzifələrinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir.

Öhdəliklər

Kredit risklərinin müəyyən edilməsi, qiymətləndirilməsi və portfelin idarə edilməsi üzrə qabaqcıl təcrübə və metodlardan istifadə edilməsi və hesabatların hazırlanması;
Anderraytinq və Kollekşn modellərinin hazırlanması, tətbiqi və təkmilləşdirilməsində iştirak etmək;
Yaradılan yeni kredit məhsulları üzrə potensial risklərinin müəyyən edilməsi və təkliflərin verilməsi;
İri həcmli məlumat bazası ilə işləmək və SQL kodlaşdırmanın edilməsi;
Stress-test modellərinin hazırlanmasında, tətbiq edilməsində və nəticələri ilə bağlı təkliflərin verilməsi;
Mərkəzi Bankın tələblərinə və IFRS standartlarına uyğun olaraq aktivlərə ehtiyyatların yaradılmasında iştirak etmək;
Kredit əməkdaşlarının mükafatlandırma sisteminin daimi qiymətləndirilməsi və təkmilləşdirilməsi ilə bağlı təkliflər vermək;
Risk limitlərinin hesablanmasına dair təkliflər verilməsi və risk limitlərinə riayət olunmasına nəzarətin həyata keçirilməsi;
Fəaliyyəti ilə bağlı nəticələrin hesabatlılığının rəhbərliyə təqdim edilməsi.

 

Namizədə tələblər

Tələblər

İqtisadi və ya hüquqi sahə üzrə ali təhsil;
 Yüksək ünsiyyətqurma qabiliyyəti; 
Fikrin strukturlaşdırılması və düzgün mətnləşdirilməsi qabiliyyəti;
Analitik təfəkkür və yüksək təhliletmə qabiliyyəti;
Bank əməliyyatları və biznes prosesləri barədə biliklər;
Bank əməliyyatları sahəsində mütəxəssis üçün minimum 1 il, aparıcı mütəxəssis üçün isə   minimum 2 il iş təcrübəsi.

Bu vakansiya üçün müraciət et

1. Şəxsi məlumatlar



2. Təhsil


3. Kompüter bilikləri


4. Xarici dil bilikləri


5. İş təcrübəsi


6. Treninq və kurslar


7. Əlavə məlumat