Ümumi məlumat
Kapital Bank namizədləri Daxili Audit Departamentinə Baş İT Audit vəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir.
Öhdəliklər
İT, əməliyyat və biznes risklərini, funksiyaları və onların fəaliyyətlərini nəzərdən keçirir və təklif olunan yoxlamaların təbiəti, sahəsini, istiqamətini və hədəflərini müəyyən etmək və tövsiyələr vermək üçün müştəri əlaqələrini qiymətləndirir. İllik audit planının icrası, nəzarət mexanizmlərinin qiymətləndirilməsi və audit məqsədlərini yerinə yetirmək üçün audit prosedurlarının tərtibini həyata keçirir;
İT audit layihələri üçün məsuliyyət daşıyır və rəhbərliyə məsləhət və konsaltinq xidmətləri göstərir. Müvafiq tövsiyələr verir. Fərqli texniki vahidlərlə fəaliyyətlərini koordinasiya edir və istiqamətləndirir: tapşırıqların və prosedurların auditini həyata keçirir; tədbirlərin tamlığını nəzərdən keçirir və İT üzrə nəzarət mexanizmlərinin cari vəziyyətinə dair qiymətləndirmələr təqdim edir;
Təşkilatın rəhbərliyi üçün hesabatlar hazırlayır. Auditin məqsədlərini, əhatə dairəsini, aşkarlamalarını, nəticələri və tədbirlər planı üzrə cavabları icmallaşdırır. Auditin aparılması zamanı və başa çatdıqdan sonra müvafiq olaraq bütün səviyyələrdə rəhbərliyə şifahi və yazılı təqdimatlar edir. Audit hesabatlarının müəyyən edilmiş müddət ərzində hazırlanmasını təmin edir.
Səmərəliliyi artırmaq üçün audit prosedurlarına düzəlişlər tövsiyə edir. Sistem nəzarəti adekvatlığını qiymətləndirərək təşkilatdaxili nəzarəti nəzərdən keçirir və onların təkmilləşdirilməsi üzrə tövsiyələr verir.
Sadə və kompleks kompüter məlumat sistemləri üçün ümumi və tətbiqi nəzarətin təhlilini həyata keçirir.
Sistemin inkişaf standartları, əməliyyat prosedurları, sistem təhlükəsizliyi, proqramlaşdırma nəzarətləri, kommunikasiya nəzarətləri, ehtiyat mərkəzləri və fövqəladə hallar planı və sistemin saxlanılması daxil olmaqla informasiya nəzarət mexanizmlərinin yoxlanmasını həyata keçirir;
Audit obyektlərinin cavablarının adekvatlığını, vaxtında təqdim edilməsini, o cümlədən əhəmiyyətli audit tövsiyələri üzrə tədbirlər planını qiymətləndirir.