BirKart Miles (Debet)

Elnur Quliyev

13:09 12 Mart, 2020

Narazıyam...

Alanda qeyd olunmuşdu ki, bank kredit ödənişlərini bir kart programı vasitəsilə ödədiyiniz zaman həm miles, hem "heart" gelir . Amma 800azn kredit ödədiyim də heç biri gelmedi. Müştəri xidmətləri gah kreditin miles sayildığını , gah sayılmadığını qeyd edir, heç bir istinad gətirə bilmirlər. Əvvəl öz bankomatların dan nağdlaşdırma əməliyyatı 1 % idi, 1000manat çıxaranda 10manat əlavə cixirdi, indi onu da 15 manata qaldırıblar hər 1000manat üçün. Bu məsələnin araşdırılmasını tələb etdiyim halda isə digər bankın kartlarından istifadə edə bileceyimi söylədilər . Sadəcə gülünc bir faktdır, bəs onda niyə 80azn ödəyirik bu karta??? Öncədən yalnış məlumat verib sonra gerçəkləri görəndə kartı qırıb tullayıb başqa bankdan istifadə edək deyə? Uzun sözün qısası bütün bu saydiqlarim və qeyd etmediyim çox mövzular var, amma təkcə mile olaraq kommunal , restoran və konturları hesablamaqla 3cu ildə Naxçıvana bilet ala bilərik ancaq bu kartla, o da əgər bu ödənişlərimiz her ay az deyilse )) nəisə , qısası bir müştəri olaraq NARAZIYAM ❗hal hazırda digər kartlarla maraqlaniram