Ümumi məlumat
Kapital Bank hüquqi şəxslərə sərbəst vəsaitlərini depozit hesablarda yerləşdirmək üçün öz xidmətlərini təklif edir. Bank əmanətlərin məxfiliyini və toxunulmazlığını təmin edir. Depozit müqaviləsinə uyğun olaraq, Bank xarici və yerli valyutada yerləşdirmiş depozitlərə faizlər hesablayır.
Bilmək məsləhətdir
Depozitin məbləği - məhdudiyyət yoxdur
Depozitin müddəti - 12, 24 və ya 36 ay
Maksimal illik faiz dərəcəsi - 6%
Hesaba əlavə vəsaitlərin qəbul edilməsi, əmanətin və faizin hissə-hissə ödənilməsi, əmanət üzrə hesablanmış illik faizin məbləğinə faiz ödənilməsi (kapitalizasiya) razılaşmaya əsasən müəyyən olunur.
Faiz dərəcələri
Korporativ müştərilərə müvafiq xidmətin göstərilməsi zamanı müştərinin bəyan etdiyi məbləğ və müddətə görə faiz dərəcəsi Kapital bank tərəfindən individual müəyyən olunur.
Sənədlər
Qeydiyyat haqqında çıxarış
Nizamnamə
Şəhadətnamə dublikat (Depozit hesabına)
İmza möhür nümunəsi
Ərizə