Sığortalı depozit - NBC Bank

Sığortalı depozit

Depozitin minimal məbləği 200
Maksimal illik faiz dərəcəsi 9%
Depozit müddəti 36

Şərtlər

Əmanətin növü

Minimal məbləğ Müddəti AZN USD AVRO Ödənişlər
Sığortalı 200 AZN (USD, EUR) 1-3 il 9% 2% 2% Müddətin əvvəlində
9.5% 2.5% 2.5% Aylıq
10% 2.5% 2.5% Müddətin sonunda

 

Əmanət üzrə faizlər MÜDDƏTİN ƏVVƏLİNDƏ ödənildiyi halda İllik hesablanacaq faizləri əmanəti yerləşdirdiyi gün götürmək imkanı verilir. Əmanət üzrə faizlər MÜDDƏTİN ƏVVƏLİNDƏ VƏ MÜDDƏTİN SONUNDA ödənildiyi halda yatırım imkanı verilmir. Valyuta (USD/EURO)əmanəti üzrə faizlər AYLIQ ÖDƏNİLMƏ şərti ilə yerləşdirildikdə əmanətin ilkin məbləğinə müddətin sonuna qədər məhdudiyyətsiz olaraq əlavə yatırım etmək imkanı verilir.

Manat (AZN)əmanəti üzrə faizlər AYLIQ ÖDƏNİLMƏ şərti ilə yerləşdirildikdə qoyulduğu ay da daxil olmaqla 1(bir) illik müddətinə yerləşdirilən əmanətə ilk 4 (dörd) ay ərzində, 2(iki) il müddətinə yerləşdirilmiş əmanətə ilk 8 (səkkiz)ay , 3(üç) illik müddətinə yerləşdirilmiş əmanətlərə isə ilk 12(on iki) ay ərzində məhdudiyyətsiz olaraq əlavə yatırım etmək imkanı verilir. BÜTÜN NÖV "SIĞORTALI" ƏMANƏTİNDƏ Müştəri 6 ay tamam olmadan əmanətini geri götürərsə o zaman ümumiyyətlə faiz ödənilməyəcəkdir, 6 ay müddəti tamam olandan sonra isə “Tələbli” əmanətin faizlərinə uyğun faiz hesablanacaqdır (AZN-2%; USD-0,5%; AVRO-0,5%).