Kartmane debet

Rabitə Bank

Kartın müddəti 5 il
Kartın qiyməti 10 azn
Valyuta AZN/USD%

Kart itirildiyi halda yeni kartın alınması üçün xidmət haqqı ödənilməlidir. 

 

Kartın əldə edilməsi:

Kartmane hesabı açılan zaman 500 AZN/USD/EUR minimal mədaxil edildikdə kart pulsuz verilir. 

Müqavilə tarixindən bir il bitdikdən sonra kartın balansında qalıq 500 AZN/USD/EUR və ya illik dövriyyə 3000 AZN/USD/EUR (hesaba mədaxil olan vəsaitlər nəzərə alınmır və nağdsız retail dövriyyə nəzərə alınır) və artıq olduğu halda növbəti il üzrə xidmət haqqı tutulmur.

“Online” sifariş olunan kartlar kassadan məxaric olunana qədər (müştəri kartı götürmədən öncə),  ilkin olaraq Müştəri hesaba ən azı 500 AZN/USD/EUR mədaxil etdiyi halda, həmin Kartmane hesabı üzrə birinci il üçün illik xidmət haqqı tutulmur.

 

 

Kartmane debitdə vəsait qalığına hesablanan faiz dərəcəsi (illik):

AZN 4% | USD 0.5% | EUR 0%

 

Hər kart üzrə faiz hesablanacaq minimal məbləğ:

100 AZN/USD

 

Hər kart üzrə faiz hesablanacaq maksimal məbləğ:

AZN Kartlarında - 10 000 AZN

USD Kartlarında - 10 000 USD

 

Kapitallaşma

Gündəlik faizlərin hesablanması ilə aylıq kapitallaşma (hər ayın son təqvim günü).

 

Xarici valyutalarda edilən ödəmələrə görə konvertasiya komissiyası - 0.5%

 

SMS Xəbərdarlıq Xidməti - 1 AZN (aylıq)

 

PIN Change və PIN Erase Xidmətləri - Pulsuz

 

Card to Card-0.5% (Rabitəbank kartları arasında Card to Card əməliyyatları PULSUZ)

 

Vasait Nağdlaşdırılması:

Azərbaycanın daxilində istənilən ATM-də nağdlaşdırma - Ayda 5 dəfə pulsuz.

 

*Kartmane Debit (AZN Kartları) ilə bütün dünya boyunca edilən əməliyyatlar üçün Cashback hesablanma qaydaları:

 

YDM 10% Cashback - Aylıq minimum 500 AZN məbləğində ümumi kart dövriyyəsi edildiyi halda, həmin dövriyyənin YDM-də xərclənən məbləğlərə şamil edilir.

YDM 5% Cashback - Aylıq minimum 250 AZN məbləğində ümumi kart dövriyyəsi edildiyi halda, həmin dövriyyənin  YDM-də xərclənən məbləğlərə şamil edilir.

Restoran və Kafelərdə 5% Cashback - Aylıq minimum 800 AZN ümumi kart dövriyyəsi edildiyi halda, həmin dövriyyənin  YDM-də qazanılan 10% cashback məbləği ilə eyni zamanda, restoranlarda xərclənən məbləğlərə şamil edilir.

Kartmane Debit (AZN Kartları) üçün maksimal aylıq cashback məbləği - 50 AZN

 

* Qeyd: Dövriyyə üzrə tələblər(ATM cash, Pos Cash, nəqliyyat(hava nəqliyyatı istisna), Card to Card, kredit ödənişləri, dövlət və kommunal ödənişləri və Quasi ödənişləri istisna olaraq, digər ödənişlər üzrə dövriyyə nəzərə alınır).

 

800 AZN və yuxarı dövriyyə edən müştərilər üzrə YDM ve restoran şəbəkələrindəki xərcləmənin bonuslarını qazanmaq üçün 30% əməliyyatlar aşağıdaki cədvəldə qeyd olunan mcc-lar üzrə əməliyyatlardan istisna olmalıdır.

500-800 AZN olanlarda YDM ve restoran şəbəkələrindəki xərcləmənin bonuslarını qazanmaq üçün 20% əməliyyatlar  cədvəldə qeyd olunan mcc-lar üzrə əməliyyatlardan istisna olmalıdır.

250-500 AZN olanlarda YDM ve restoran şəbəkələrindəki xərcləmənin bonuslarını qazanmaq üçün 10% əməliyyatlar cədvəldə qeyd olunan mcc-lar üzrə əməliyyatlardan istisna olmalıdır. 

 

**Kartmane Debit (USD Kartları) ilə bütün dünyada edilən əməliyyatlar üzrə Cashback hesablanma qaydaları:

Valyutası USD və EUR olan Kartmane Debit sahibləri Kartmane ilə etdikləri hər əməliyyatda 0,5% cashback qazanacaq.

Kartmane Debit (USD və EUR kartları) üçün maksimal aylıq cashback məbləği YOXDUR.

Xarici valyutada - USD və EUR - olan Kartmane Debit kartlarına bankın partnyor şəbəkəsində cashback hesablanmır.

 

**Qeyd - ATM Cash, POS Cash və Card to Card, kredit ödənişləri, YDM, nəqliyyat(hava nəqliyyatı istisna), kommunal və dövlət ödənişləri və Quasi cash ödənişləri istisna olmaqla, bütün digər ödənişlər üzrə kartın valyutasına uyğun olaraq cashback mədaxil ediləcəkdir.

 

Cashback bonuslarından istifadə müddəti:

Hər ilin son gününə (31 dekabr günün sonuna qədər) qədər toplanan bonuslar növbəti ilin 1 Mart tarixində günün sonuna qədər istifadə edilmədikdə sıfırlanır.

 

Kartmane Debit xidmət haqqı tarifləri:

Kart üzrə hər növbəti ilin xidmət haqqı kartın qalıq məbləğindən bank tərəfindən birtərəfli qaydada tutulur.

Hesablanmış bonuslar kart üzrə xidmət haqqının ödənilməsinə Bank tərəfindən birtərəfli qaydada yönəldilə bilər.

Hər növbəti ildə xidmət haqqı 3 ay ərzində ödənilmədiyi təqdirdə kart bloklaşdırılır.

6 ay ərzində xidmət haqqı ödənilməyən kartlar bağlanaraq ləğv edilir.

Əmanət faizlərinin köçürülməsi məqsədilə açılan Kartmane kartı üçün, faizlər köçürülən dövründə komissiya tutulmur.

Kart hesabı üzrə bu şərtlərdə əksini tapmayan məqamlar cari tarixə mövcud olan "Ödəniş kartları ilə əməliyyatların aparılması üzrə tarif cədvəli"-nə əsasən tənzimlənəcək.

Müştəri bankın müvafiq filialına/şöbəsinə yaxınlaşmaqla, Bank təklif etdiyi halda isə təklif olunan rəqəmsal bankçılıq xidmətindən istifadə etməklə Banka müraciət edərək Kartmane hesabı üzrə faizlərin hesablanmasını dayandıra və eyni üsulla faizlərin hesablanmasını yenidən bərpa edə bilər.

Rəylər