Bank haqqında

“Premium Bank” Açıq Səhmdar Cəmiyyəti  respublikanın etibarlı  və aparıcı banklarından biridir. Bank, fəaliyyətinə 1994–cü ildən Mərkəzi Bankın 175 saylı lisenziyası əsasında ”Azal Səhmdar Kommersiya Bankı” adı altında başlamışdır.2008-ci ildən etibarən onun hüquqi varisi olaraq  “Bank Silk Vey” ASC adı altında fəaliyyət göstərməkdədir. Yarandığı tarixdən etibarən 22 il ərzində bank daim inkişaf yolunu tutmuş, illər keçdikcə Azərbaycanın bank sistemində möhkəmlənmiş, xidmətləri həm keyfiyyət, həm də inkişaf baxımından artmışdır. “Premium Bank” ASC-sürətlə inkişaf edən, sabit və tanınan maliyyə-kredit təşkilatı və çoxprofilli maliyyə institutudur. Bankın əsas fəaliyyət istiqamətini universal bankçılıq təşkil etməkdədir. Bankın əsas strategiyası keyfiyyətli, sürətli və  sərfəli xidmət, faydalılıq və peşakarlıq əsasında qurulmuşdur. Bank öz fəaliyyətini əvvəlki illərdə qəbul olunmuş Strateji Plana uyğun olaraq qurmuşdur. Ona görə də ötən illər ərzində nəzərə çarpan bütün zəif amillərin qismən aradan qaldırımasına nail olunmuşdur. 

Bank stabil beynəlxalq əlaqələrini qura bilmiş, müştəri bazasını genişləndirmiş, xidmət səviyyəsini yüksəltmiş və məhsul çeşidini artırmışdır. “Premium Bank” ASC korporativ bank kimi fəaliyyət göstərir və müştəri bazasının əsasını hava nəqliyyatı və ticarət sektoru təşkil edir.

Rəylər