Bank haqqında
“Naxçıvanbank” Açıq Səhmdar Cəmiyyəti Azərbaycan Respublikasının ilk regional bankıdır və Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən verilmiş 4 avqust 2008-ci il tarixli 252 saylı lisenziyaya əsasən, 11 sentyabr 2008-ci il tarixdən fəaliyyət göstərir. Bankın baş ofisi Naxçıvan MR, Naxçıvan şəhər, C.Məmmədquluzadə küçəsi, 7 ünvanında yerləşir.
Bank 29 avqust 2008-ci il tarixdən Əmanətlərin Sığortalanması Fondunun (ADİF)üzvüdür və fondun qaydalarına uyğun olaraq müştərilərin bankda yerləşdirilmiş əmanətləri sığortalanan əmanətlər hesab olunur.