Bank haqqında

Azərbaycan Beynəlxalq Bankı — Azərbaycan Respublikasında dövlət nəzarətində olan və bank fəaliyyəti göstərən qurum. Bankın mənzil qərargahı Bakı şəhərində yerləşir, bank 40-dan çox şəhərdə 36 filiala və 95 xidmət məntəqəsinə malikdir. Cənubi Qafqaz regionunda olan banklar arasında ABB ən çox aktivə, müştəri bazasına və beynəlxalq əməliyyatlar portfelinə malik qurumdur. ABB-nin 30 mindən çox korporativ və 400 min fərdi müştərisi mövcuddur. Azərbaycan Respublikası ərazisində fəaliyyət göstərən böyük və orta ölçülü müəssisələrin bir çoxu ABB-nin müştərisidir. ABB-də 1300-dən çox işçi çalışır. "CİSTRAN Finance" məcmuəsinə əsasən ABB 2013-cü ildə dünyanın ən böyük və sabitlik göstəricisinə malik 1000 bankından biridir.

Ətraflı
Rəylər